Uşaqlıq nağılları-2

image

Biz uşaqlığımızı zamana təslim edirik, lakin içimizdə onu hələ də saxlayırıq. Ola bilsin ki, elə buna görə də biz nağılları sevirik. Bir çox nağılı yalnız yeniyetməlik dövründə deyil, yetkin yaşa qədəm qoyarkən də oxumaq lazımdır, çünki onlar uşaqlıqda təsəvvür etdiyimizdən də böyük mənanı kəsb edirlər. Sizin üçün məşhur nağıllardan dəfələrlə oxuya biləcəyiniz parçalar topladım.

image

«Balaca şahzadə», Antuan de Sent-Ekzüperi
Böyüklər rəqəmləri çox sevir. Onlara yeni dostun haqqında danışanda, heç vaxt ən önəmli şeylər haqqında soruşmurlar. Onlar soruşmurlar ki: «Bəs onun necə səsi var? O hansı oyunları oynamağı xoşlayır? O kəpənəkləri tutur?» Əvəzində soruşduqları: «Onun neçə yaşı var? Neçə qardaşı var? Çəkisi nə qədərdi? Atası nə qədər qazanır?» Və bütün bunlardan sonra onlar həmən insanı tanıdığını təsəvvür eləyir.

image

«Qış nağılı» cizgi filmi
— Sən burada neynəyirsən? — Ayı soruşdu.
— Sənin sağalmağını gözləyirəm, — Kirpi cavab verdi.
— Xeyli gözləmisən?
— Bütöv qışı. O ki sənin aşırı dərəcədə qar yediyini eşitdim, — bütün tədarükümü sənin yanına sürüyüb gətirdim…
— Və sən bütün qışı mənim yanımda, kətildə oturaraq keçirmisən?
— Hə, mən sənə küknar həlimini içizdirib, qarnına qurudulmuş ot qoyurdum…
— Yadıma gəlmir, — Ayı cavab verdi.
— Gəlməz də! — Kirpi köksünü ötürdü. — Sən bütün qışı deyirdin ki, sən — qar dənəciyisən. Mən sənin baharda əriyəcəyindən çox qorxurdum.

image

«Meri Poppins», Pamela Trevers
— Biz də, Meri Poppins?
— Nə siz?
— Uzun və xoşbəxt ömür yaşayacağıq?
— Ola bilər… Hər şey…asılıdır
— Nəydən?
O nəvaziş və kədərlə gülümsədi.
— Sizin özünüzdən asılıdır!

image

«Necə ki tülkücük tülkücüyə» Natalya Sizonenko
— Tülkücük, — balaca tülkü o birisinə dedi, — yadında saxla, xahiş eləyirəm, əgər sənə çətin, pis, kədərli və qorxuludursa və əgər sən yorğunsansa — sadəcə pəncəni uzat. Və mən sənə özümünkünü uzadacağam, sən harada olursansa ol, hətta əgər orada — başqa ulduzlar var və ya başı üstdə gəzirlər. Çünki bir balaca tülkünün iki tülkücüklərə bölünmüş kədəri, — heç də qorxulu deyil. Və əgər sənin pəncəni başqa pəncə tutursa — dünyadakı başqa şeylərin nə əhəmiyyəti var ki?

image

«Alisa möcüzələr diyarında», Luis Kerrol
— Bağışlayın, mən buradan hara gedə bilərəm?
— Sən hara getmək istəyirsən? — Pişik cavab verdi.
— Mənim üçün fərqi yoxdur… — Alisa dedi.
— O zaman hara gedəcəyinin də fərqi yoxdur, — Pişik qeyd etdi.
— … bircə harasa gedim, — Alisa fikrinə aydınlıq gətirdi.
— Harasa sən mütləq gedəcəksən, — Pişik dedi. — Sadəcə kifayət qədər uzun müddət getmək lazım olacaq.

image

«Velvetli Dovşan», Marceri Uilyams
— Sən yalnız o vaxt Həqiqi olursan ki,
— müdrik, qoca Dərili At Velvetli Dovşana təlqin edirdi, — birisi səni uzun-uzadı sevir və dəyər verir. Sadəcə oynamır, HƏQİQƏTƏN sevir.
— Bəs həqiqi olmaq ağrıdır? — Dovşan soruşdu.
— Bəzən, — Dərili At cavab verdi, çünki o həmişə düzünü deyirdi.
— Amma əgər sən həqiqisənsə, ağrıya tab gətirməyə hazırsan.
— Bəs bu necə baş verir? Bir kərə və hazırdı, sanki səni açarla işə salırlar, yoxsa tədricən?
— Tədricən, — Dərili At dedi. — Sən həqiqi olursan axı. Bunun üçün çox vaxt lazımdır. Buna görə də bu çəkinmədən mübahisə eləyən, inadkar və ya özünə xüsusi münasibət tələb edən varlıqlarla nadir hallarda baş verir. Bəzən elə olur ki, sən Həqiqi olduğun zaman tükün tökülür, gözlərin çıxır, əzaların sallanır və ümumiyyətlə sənin çox acınacaqlı görkəmin olur.
Amma bu heç bir əhəmiyyət kəsb eləmir, çünki Həqiqi olan kəs, idbar ola bilməz.
Bircə bunları başa düşməyən varlıqların gözündə sən eybəcər olacaqsan.

image

«Dumanda kirpi», Sergey Kozlov
— Mən hökmən, eşidirsən? Mən hökmən, — Ayı dedi. Kirpi isə başını yellədi.
— Mən hökmən sənin yanına gələcəyəm, nə olursa olsun. Mən həmişə sənin yanında olacağam. Kirpi ayıya sükut dolu gözlərilə baxıb, susurdu.
— Hə, de görüm niyə susursan?
— İnanıram, — Kirpi dedi.

Bir gün Kirpi qurdun dərəsinə düşür və bir həftəyə yaxın orada qalmalı olur. Onu təsadüfən sincab görür: o qıraqdan keçərkən Kirpinin çox zəif səsini eşidir.
Ayı isə bir həftəyə yaxın olar ki meşədə Kirpini axtarırdı, artıq hara gedəcəyini, harada axtaracağını belə bilmirdi. Və qəflətən sincab gəlib, ona Kirpinin quyuya düşdüyü haqda məlumat verdi, o Kirpini çıxardıb, evə gətirdi.
Kirpi boğazına qədər bürünmüş yorğanda uzanıb, sükut dolu gözləri ilə Ayıya baxırdı.
— Mənə elə baxma, — Ayı dedi. — Mənə kimsə elə baxanda bacarmıram.
Kirpi gözlərini yumdu.
— İndi isə elə təəssüratım yarandı ki, sanki sən ölmüsən. Kirpi gözlərini açdı.
— Gülümsə, — Ayı dedi.
Kirpi çalışsa da, bu onda çox qeyri-səmimi alındı.
— İndi mən sənə bulyon içirdəcəyəm, — Ayı dedi.
— Sincab yeni göbələklər gətirmişdi, mən də bulyon qaynatdım.
O bulyonu fincana süzüb, Kirpinin başını qaldırdı.
— Yox, elə yox, — Ayı dedi. — Sən otur.
— Bacarmıram, — Kirpi dedi.
— Mən sənə yastıqla dəstək olacağam. Bax belə.
— Mənə çox çətindir, — Kirpi dedi.
— Səbirli ol.
Ayı Kirpini divara söykəyib, yastığı irəli çəkdi.
— Üşüyürəm, — Kirpi dedi
— Bu dəqiqə, bu dəqiqə. — Ayı çardağa qalxıb, Kirpini kürk ilə bürüdü.
— Necə oldu ki sən orada donmadın? Axı gecələr çox soyuq olur! — Ayı deyindi.
— Mən hoppanırdım, — Kirpi dedi.
— Yeddi gün?
— Mən gecə hoppanırdım.
— Bəs nə yeyirdin?
— Heç nə yeyə bilməmişdim, — Kirpi dedi. — Sən mənə bulyondan verə bilərsən?
— Əlbəttə! İç, — Ayı dedi.
— Kirpi bir neçə qurtum alıb, gözlərini yumdu.
— İç, Kirpi, iç!
— Yoruldum, — Kirpi dedi.
— Yox, iç! — Və Ayı Kirpini təkidlə qaşıqdan içirtməyə başladı.
— Artıq getmir.
— Mənim xətrimə!
Kirpi içməyə davam elədi.
— Sincabın xətrinə!
Kirpi içdi.
— Dovşanın xətrinə, bilirsən o necə kömək edirdi.
— Gözlə, — Kirpi dedi. — Köksümü ötürüm.
— Dovşanın xətrinə iç, axı o çalışırdı..
Kirpi qurtum aldı.
— Siçanın xətrinə!
— Yaxşı, bəs siçan neynədi?
— Heç nə. Fəqət hər gün gəlib, səni soruşurdu.
— Qoy gözləsin. Gücüm yoxdur axı, — Kirpi dedi.
— Bəzən elə olurdu ki, hətta səhər belə gəlirdi, — Ayı dedi. Bircə dənə də qaşıq ye.
Kirpi daha bir qurtum aldı.
— İndi isə — bayquşun xətrinə!
— Bayquşun bura nə aidiyyatı var axı?
Aidiyyatı? Yox, sən Bayquşun xətrinə hətta üç qaşıq içməlisən.
— Axı niyə?
— Mən onun üstündə düz üç gecə uçmuşam. Səni axtarmışıq.
— Bayquşun üstündə?
— Hə də!
— Yalan danışırsan, — Kirpi dedi.
— Yerimdən tərpənməyim əgər elədirsə!
— Axı sən onun üzərinə necə çıxdın?
— Bilirsən o necə möhkəmdir? Oturdum onun boynunda və uçdum. Kaş ki dovşanı görərdin, bizi görüb elə qorxdu ki.
— Necə qorxdu?
— Sən iç — deyəcəyəm.
Kirpi daha üç qaşıq içib, gözlərini yumdu.
— Necə? — o soruşdu.
— Nə?
— Dovşan sizdən necə qorxdu?
— Həə! Dovşan? Təsəvvür eləyirsən? Mən uçuram. Və birdən — o. Bir qaşıq da iç.
Hiss eləyirsən necə ətri var? Bəh-bəh.
Kirpi içdi.
— Hə, harada qalmışdıq? Baxıram ki, oturub, qulaqlarını burur. Və birdən biz peyda olduq.
— Bayquş ilə?
— Aha. O birdən elə-ə durdu ki, elə-ə qaçdı ki! Bayquş az qalsın ağaca dəyəcəkdi. Gəl Bayquşun xətrinə daha birini içək.
— Yox. Çox halsızam, bacarmıram, — Kirpi dedi. Gəl mən uzanım.
Ayı Kirpini həmənki yerə uzandırıb, kürkü üzərinə bürüdü.
— Hə, necədir, — Ayı dedi, — istidir?
— Həm də çox, — Kirpi dedi. — Bəs Bayquş haqqında uydurdun, hə? Etiraf elə.
— Nə danışırsan? Bax sən sağal, bir yerdə gəzərik.
— Gəzərik, — səssiz halda Kirpi pıçıldadı. Artıq yuxuya qərq olmuşdur.

(c) adme.ru

Uinston Çörçilin 40 ibarəsi

image

Cənab Uinston Çörçil — britaniya imperiyasının ən nüfuzlu insanlarındandır. O, 1940-1945-ci illərdə Birləşmiş Krallığın baş-naziri olmuşdur, 1951-1955-ci illərdə isə yenidən bu vəzifəyə təyin edilmişdir. Haqqına vararaq, onu 20-ci əsr döyüş dövrünün ulu öndəri hesab edirlər. Siyasi və dövlət xadimi olmaqla yanaşı, Çörçil həmçinin britaniya ordusunun zabiti olmuş, tarixçi, yazıçı və rəssam məsləklərinə yiyələnmişdir.

Çörçil Britaniyanın ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yeganə baş naziridir, və məhz o, ABŞ-ın ilk fəxri vətəndaşı adına uyğun görülmüşdür. BBC yayım şirkətinin 2002-ci ildə keçirdiyi sorğuya əsasən, Uinston Çörçil britaniya tarixinin ən böyük adamı adlandırılmışdır.

image

Uinston Çörçil heç vaxt nə yaxşı fiziki forması ilə, nə də möhkəm səhhəti ilə fərqlənməyib — lakin, buna baxmayaraq, o öz 90 illik yubileyini qeyd edə bilib. Onun aşağıdakı mülahizələri isə: «Mənim siqarımı alın — və mən sizə müharibə elan eləyim!», «Əgər qəzetlər siqareti tərgitmək haqqında yazmağa başlasalar, mən oxumağı tərgidəcəyəm», «Öz uzunömürlüyümə görə idmana minnətdaram. Mən onunla heç vaxt məşğul olmamışam», «Cavanlıq çağımda mən nahara qədər spirtli içki içməyəcəyimə dair özümə söz vermişdim. İndi, mən artıq cavan deyiləm, və səhər yeməyinə qədər spirtli içki içmirəm» sağlam həyat tərzi tərəfdarlarını təəccübləndirir və qəzəbinə səbəb olur.

image

Biz cənab Uinston Çörçilin siyasət və həyat haqqında 40 hikmətli ibarəsini topladıq, hansılar ki özünü və ölkəsini dünyaya tanıtmış bu dahiyanə şəxsiyyətin bütöv dərinliyini, bəsirətini və zəkasını təcəssüm edir.

1. Əgər siz cəhənnəmin arasıyla gedirsinizsə — dayanmadan gedin.
2. Sənin düşmənlərin var? Yaxşı. Deməli, sən həyatda nə vaxtsa nəyisə müdafiə etmisən.
3. İstənilən böhran — yeni imkanlardır.
4. Ağıllı insan bütün səhvləri özü eləmir — o başqalarına da şans verir.
5. Demokratiyaya qarşı ən yaxşı arqument — orta seçici ilə beşdəqiqəlik söhbətdir.
6. Uğur — bir uğursuzluqdan başqasına doğru addım atmaq qabiliyyətidir, ruh yüksəkliyini itirmədən.
7. Şahin hündürə qalxır, küləyə doğru deyil, onun əksinə uçmaq üçün.
8. Ağılsız o insandır ki, öz fikrini heç vaxt dəyişmir.
9. Kapitalizmin anadangəlmə qüsuru — nemətlərin qeyri-bərabər şəkildə bölüşdürülməsidir; sosializmin anadangəlmə qüsuru — yoxsulluğun bərabər şəkildə bölüşdürülməsidir.
10. Qartallar susanda, tutuquşları çərənləyir.
11. Hakimiyyət — narkotikdir. Kim onu heç olmasa bir dəfə dadıbsa — əbədi olaraq zəhərlənib.
12. Bütöv həyatı boyunca hər bir insan öz «böyük şans»ına ilişir. Bədbəxtlikdən, əksəriyyətimiz sadəcə ayağa qalxır, üst-başını çırpır və yoluna davam edir, sanki heçnə baş verməmişdi.
13. Sağlamlıq və varlıq arzulamayın, uğur diləyin, Titanikdə hər kəs varlı və sağlam idi, lakin yalnız tək-tək insanın bəxti gətirdi!
14. Həqiqət şalvarını geyinərkən, yalan dünyanın yarısını qət etmiş olur.
15. Siyasət müharibə qədər valehedici və təhlükəlidir. Müharibədə sizi bir dəfə öldürə bilərlər, siyasətdə isə dəfələrlə.
16. Mənim zövqlərim sadədir. Mən asanlıqla ən yaxşısı olduğu halda özümü təmin etmiş oluram.
17. İstəyirsiniz, mübahisə zamanı sizin sözünüz sonuncu olsun? Opponentə deyin ki: «Deyəsən, Siz haqlısınız».
18. Erkən səhvlərdən dərs alan insan, həyatında böyük üstünlük qazanır.
19. İnsanlar sirr saxlamağı çox gözəl bacarırlar, bilmədikləri sirləri.
20. Mən donuzları sevirəm. İtlər bizə aşağıdan yuxarı baxır, pişiklər — yuxarıdan aşağı. Yalnız donuzlar bizə bərabər gözlə baxmağı bacarırlar.
21. Müharibə — başqalarının maraqları uğrunda tamamilə günahsız insanların ölümüdür.
22. Həyatın ən böyük dərsi ondadır ki, hətta axmaqlar da haqlı olurlar.
23. Bir insanı qətlə yetirməkdənsə, onu öz tərəfinə çəkmək daha yaxşıdır, və elə kiminsə tərəfinə keçmək də öldürülməkdən daha labüddür.
24. Milləti idarə etmək, dörd uşağı tərbiyələndirməkdən daha asandlr.
25. Biz böyük hadisələr və balaca insanlar dövründə yaşayırıq.
26. Taxta başmaqlardan taxta başmaqlara — dörd nəsilə gedən yoldur: birinci nəsil qazanır, ikinci nəsil — qazandığını iki qat artırır, üçüncü nəsil — sağa-sola xərcləyir, dördüncü nəsil isə — fabrikə qayıdır.
27. Heç nə sənin nüfuzunu əmin-amanlıq qədər artıra bilməz.
28. Amerikalılar hər zaman doğru olan tək həll yolunu tapırlar. Başqalarının hamısını sınaqdan keçirdikdən sonra.
29. Ölkə üçün çətin olan vaxtlarda miflərin əhəmiyyətini həddindən artıq qiymətləndirmək müşkül məsələdir.
30. Tarixi oxuyun, tarix oxuyun. Tarixdə siyasi bəsirətin bütün sirləri gizlənir.
31. Münasibətləri korlamağın ən yaxşı üsulu — onları müəyyənləşdirməkdir.
32. Parlamentin məqsədi — əlbəyaxa döyüşlərini söz döyüşləri ilə əvəz etməkdir.
33. İki nəfər dalaşanda — üçüncü qalib gəlir.
34. Qatili qətlə yetirdikdə, qatillərin sayı dəyişmir.
35. Pessimist hər fürsətdə çətinlik görür; optimist hər çətinlikdə fürsət görür.
36. Hürdüyünü gördüyünüz hər itə daş atsanız, siz heç vaxt təyin olunmuş yerə gəlib çıxmayacaqsınız.
37. Keçmişini unudan xalq, gələcəyini itirib.
38. Hətta ən gözqamaşdırıcı işıq da kölgəsiz olmur.
39. Mən — optimistəm. Başqa bir şey olmaqda fayda görmürəm.
40. Arxada qara kətanı tutan insan tapılmasa, heç bir ulduz parıldamayacaq.

image

Bir gün xalqın qarşısında çıxış edərkən, siyasətçiyə qadın mühərrir yaxınlaşır və ondan soruşur:
— Məgər Sizə bunu dərk etmək xoş deyil, ki hər dəfəsində, siz öz nitqinizlə çıxış edəndə, zal ağzınacan dolu olur?
Uinston Çörçil isə bu suala belə cavab verir:
— Xoşdur, hətta çox, lakin hər dəfə dolu zal görəndə, fikirləşirəm ki, əgər mən nitqi demək əvəzinə, eşafota (edam üçün nəzərdə tutulmuş yer) çıxsaydım, tamaşaçıların sayı iki qat çox olardı.

2015-ci il rəqəmlərdə

image

Обезьянки-счетоводы WordPress.com подготовили отчет для этого блога за 2015 год.

Вот отрывок:

Канатный трамвай в Сан-Франциско вмещает 60 человек. За 2015 год этот блог просматривали около 410 раз. Если бы этот блог был трамваем из Сан-Франциско, на перевозку вашей аудитории понадобилось бы около 7 рейсов.

Щелкните здесь, чтобы просмотреть полный отчет.

Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçdən kəskin sitatlar

image

1901-ci ildən bəri təqdim edilən Nobel mükafatı laureatları sırasında bu günə kimi 5 nəfər rusdilli yazıçı da olub, bunlar: İvan Bunin, Boris Pasternak, Mixail Şoloxov, Aleksandr Soljeniçın və İosif Brodskidir. Bu il Svetlana Aleksiyeviç bu siyahını layiqincə davam etdirib. Onun bütün əsərləri bir ali fikir üzərində qurulub, insan həyatından qiymətli heç bir dəyər yoxdur. Və yazıçının dünyaya baxışını təzahür edən ikinci önəmli fikri: «insanlar» sözü böyük hərflə yazılmalıdır.

1) Bizim nə uzunmüddətli asfaltımız olacaq, nə də yaxşı qulluq görmüş qazonumuz. Ancaq qəhrəmanlarımız həmişə tapılacaq!
2) Bu gün hər kəs danışmaq istəyir, lakin heç kim bir-birini eşitmir.
3) Müharibə unudulmadığı təqdirdə, aşırı dərəcədə nifrət yaranır. Əksinə əgər müharibə unudulursa, yenisi başlayır. Qocalar belə deyirdi.
4) Qocaların evdə olması yaxşıdır. Onlar sağ ikən — biz hələ də uşağıq…
5) Bizim mətbəx — yalnız yeməyin bişirilməsi üçün nəzərdə tutulmuş yer deyil, ora həm də yeməkxana, qonaq otağı, kabinet və kürsüdür. Psixoterapivtik seansların kollektiv surətdə keçirildiyi məkandır.
6) Ölüm — həyatın ən ədalətli anıdır. Hələ heç kim fidyə verərək canını qurtara bilməyib.
7) Müharibə haqqında elə bir kitab yazasan ki, ürək bulandırsın, onun haqqında düşünmək belə ikrah hissini doğursun. Ağılsızlıq olsun. Hətta generalların belə ürəyi bulansın…
8) Qərbin feminist qadınları bizim ölkəyə öz ideyaları ilə gəlirlər: qadın, kişi kimi səmaya qalxmalıdır, dənizə getməlidir… Bunun cavabında isə — təəccüblü simalarla rastlaşırlar. Bizim qadınımız artıq traktoru istəmir, o, üzərində bantı olan yastıqda oturmağa ehtiyac duyur.
9) Moskvanın Qız zəmisində Böyük Vətəndaş müharibəsi qəhrəmanları olan — həkimlərə, camaatın hesabına heykəl ucaldılıb. O cür heykəl əslində qızıldan olmalıdır. Belə baxanda o elə qızıldandır, sadəcə əyarı başqadır, daha yüksəyindəndir — o qızılın tərkibində insan övladının minnətdarlığı və xatirəsi var.
10) Mənim fikrimcə, mənim ən əsas prinsipim — «get və özündəki insanı qoru» şüarından ibarətdir.
11) Nənə dizləri üstə əyilib, dua edirdi. Bizə də öyrədirdi ki: «Dua edin! Bu — qiyamətdir. Tanrının etdiyimiz günahlara görə cəzasıdır». Qardaşımın səkkiz yaşı var idi, mənim isə altı. Biz öz günahlarımızı xatırlamağa çalışırdıq: o, moruq mürəbbəsi olan bankanı sındırmışdı. Mən isə anama hasara ilişib, yeni donumu cırdığımı etiraf eləməmişdim.
12) Həyat gözəldir, ancaq andıra qalmış çox qısadır…
13) Biliyin özü cinayətkar olmur.
14) Bizim övladlarımız bizə oxşamır. Kimə oxşayırlar? Öz zamanlarına, bir-birlərinə.
15) Əgər insan sevginin nə olduğunu bilirdisə, onun yanına həmişə gəlmək olar.

Uşaqlıq nağılları

image

Axşam isə, çay içərkən, Ayı dedi:
— Nə vaxt olacağını bilmirəm, ancaq nə vaxtsa hökmən hər şey yaxşı olacaq.
— Əlbəttə! — Dovşan Ayının fikrinə dəstək verdi.
Kirpi isə düşünürdü:
«Məgər bu doğrudur ki, hər şey pis və yalnız pis olsun — axı nə vaxtsa yaxşı da olmalıdır!»

(c) Sergey Kozlov «Xırda qar yağırdı. Hava mülayim idi»

image

Lesli: Atam deyir ki, televizor beyin hüceyrələrini məhv edir.
Skot: Sənin atan heç nəyi başa düşmür. Biz hər gün televizora baxırıq!
Lesli: Görünür elə!

Ketrin Paterson «Terabitiyaya körpü»

image

— Başqaları da səni görəcək? — Lüsi soruşdu.
— Əvvəlcə yox, — Aslan dedi — Sonra isə — Baxır gedişata.
— Axı onlar mənə inanmayacaq! — Lüsi qışqırdı.
— Bu önəmli deyil, — Aslan cavab verdi.
— Oy-oy, — Lüsi fəryad etdi. — Amma mən səni tapdığım üçün elə sevinirdim ki. Mən düşünürdüm sən burada qalmağım üçün mənə icazə verəcəksən. Düşünürdüm ki, sən nərildəyəcəksən, və bütün düşmənlər əvvəlki tək vahiməyə gələcək. İndi isə hər şey o qədər qorxuludur ki.
— Sənin bunu başa düşməyin çətin məsələdir, əziz balaca, — Aslan dedi, — heç nə, heç vaxt əvvəlki kimi olmur.

Klayv Lyuis «Narniya səlnamələri»

image

Cənab Benksin balaca özüylə dialoqu:
— Amma mən bütün pullarımı verəcəyəm! Bütün!
— Amma nəticədə sənin evinə, bağına və əllərinə dəyilməyəcək! Məgər onlarla yaşamaq mümkün deyil?!..
— Pullar mənə pulları yaratmaq üçün lazımdır, onlar — mənim istehsalat alətimdir. Mən — maliyyəçiyəm! Pulum olmadığı təqdirdə, müxtəlif müəssisələrə nə yatıracağam?..
— Bəlkə, yaxşısı ümumiyyətlə heç yerə yatırım etməməkdir? Sənin heç olmasa bir dəfə də olsun bəxtin gətirib?.. Ola bilərmi ki, sən maliyyəçi olduğunu yalnız zənn edirsən?..
— Bəs mən kiməm?..

Pamela Trevers «Meri Poppins»

image

İa-İa məyus halda yerə baxıb, dururdu və Vinni-Puh şübhəli şəkildə onun ətrafına dolandı.
— Oy, sənin quyruğunla nə olub belə? — o təəccüblü halda soruşdu.
— Ona nə olmalıydıkı? — İa-İa dedi.
— O yoxdur!
— Sən səhv eləmirsənki?
— Quyruq ya var, ya da yoxdur. Məncə, burada səhv etmək mümkün deyil.

Alan Miln «Vinni-Puh və hər şey-hər şey-hər şey»

image

— Əziz Peppi, bəlkə sən ilk gecəni bizdə keçirəsən? — Annika soruşdu.
— Yox, qətiyyən olmaz, — Peppi cavab verdi və doqqazın böyründəki qar təpəsinə şappıltı ilə yıxıldı. — Axı mən öz evimi səliqə-səhmana salmalıyam.
— Sən heç fikirləşmisənki, orada sənə necə soyuq olacaq, — Tommi dedi, — Axı sənin evin çoxdandırkı istiyə həsrət qalıb.
— Boş şeydir, — Peppi ucadan dedi, — ürəyin isti olub, möhkəm döyündüyü zaman, donmaq mümkün deyil.

Astrid Lindqren «Uzuncorab Peppi»

image

— Kədərlənmə, — Alisa dedi. — Gec və ya tez hər şey məlum olacaq, hər şey öz yerini alıb, tək və gözəl sxemdə cəmlənəcək, bəzəkli bağlar kimi. Hər şeyin nə üçün lazım olduğu məlum olacaq, çünki hər şey düzgün olacaq.
— Hə, elə də olacaq. Ancaq bəzən bu prosesə bir az da olsa kömək eləmək lazımdır, yalnız gözləməklə iş bitmir, — Pişik cavab verdi. — Həqiqətin necə olduğunu bilmək və hiss etmək gərəkdir… Əks halda elə bir ehtimal var ki, hər şey öz yerini aldığında biz heç nəyi başa düşməyəcəyik.
— Və ya elə bir ehtimal var ki, biz nəyisə tələsik və ya vaxtından əvvəl eləyib bütün işləri korlaya bilərik, — qızcığaz əlavə etdi.
— Zınqırovu eşitdikdə, hərəkətə keçməlisən. Onun haraya çağırdığından asılı olmayaraq, ilk addımdan sonra daha asan olacaq, naxış isə aydınlaşacaq. Sən özün zınqırovu çalsan, bu axmaqlıqdır, amma daha böyük axmaqlıq sənin onun səsini eşitməməyin olacaq, — Pişik dedi və yox oldu, havada yalnız özünün boz və zolaqlı quyruğunu atıb getmişdi.

Luis Kerrol «Alisa möcüzələr diyarında»

image

«Qoy mən o şahanə quşların yanına uçum; yəqin ki onlar bu dərəcədə çirkin quşun onlara yaxınlaşmağa cürət elədiyi üçün, məni öldürəcək, amma olsun! Ördək və toyuqların çimdiklərinə, quşçunun zərbələrinə, qışın soyuğuna və aclığına dözməkdənsə, qoy elə onlar tərəfindən öldürülüm.»
O suyun üzərinə enib, yaraşıqlı qu quşlarına doğru üzməyə başladı, onlar ördəyi görər görməz onun üzərinə yönəldilər.
— Öldürün məni! — zavallı ölüm gözləntisində başını aşağı saldı, ancaq ayna kimi pak suda o nəyi gördü? Öz təsvirini, lakin o eybəcər tünd-boz rəngli quş deyildi, o — qu quşu idi!
Ördək yuvasında dünyaya gəlmək bədbəxtlik deyil, əgər qu quşunun yumurtasından çıxmısansa!

Hans Kristian Andersen «Çirkin ördək balası»

Sistemə qarşı yazılmış 10 əsər

image

Bu məqaləni tərcümə etmək çox çətin oldu, lakin çəkdiyim zehni əziyyətə dəyərmiş =)

Sistemə qarşı yazılmış ən möhtəşəm 10 əsər.

1. Rey Bredberi «Faranheit 451».
Faranheit 451 — kağızın alovlanaraq, yanğına qərq olduğu temperaturdur. Gələcək dünya təsəvvür edin, kitablar yandırılır, insanların təfəkkürü lüzumsuz və zibillə müqayisə edilə biləcək məlumatlarla doldurulur, fərqli düşünən insanlar isə elektrik cərəyanından keçməli olur, belə deyək, — müalicə olunmaq üçün. Dünyanın bu prototipi insanı lərzəyə gətirir. Ona görə lərzəyə gətirir ki, qeyd edilənlərin əksəriyyəti artıq baş tutub. Fəqət nə qədər ki sevgi, gözəllik və cəhaləti ifşa edərək, həqiqəti üstün tutan insanlar olacaq, o zamana qədər bəşəriyyətin hələ də şansı var.
Qeyd: Kitab «Başla yayımları» tərəfindən nəşr olunmuşdur.

2. Ken Kizi «Ququ quşunun yuvası üzərində»
Bu kitab — sağlam düşüncə ilə dəlilik arasındakı dürüst, fəqət sərt həddin təsviridir. İnsanı məhv edə biləcək bir hekayədir. Hər şeyin mükəmməl səviyyədə qurulduğu psixiatrik xəstəxanada, həkimlərin başlıca məramı xəstələri «öz üsulları» ilə müalicə etməkdir; onları cəmiyyətə uyğun fərd olaraq yetişdirmək üçün. Narıncı saçlı, Makmerfi adlı irlandiyalının xəstəxanaya qədəm qoyduğu andan etibarən, kiçik adamın nəhəng xəstəxana quruluşuna qarşı üsyanı başlayır. Bəla isə ondadırkı, «Burada nəticəvi qələbə qazanmaq mümkün deyil».
Qeyd: Kitab azərbaycan dilində nəşr olunmayıb.

3. Corc Oruel «1984»
Roman, üç totalitar dövlət tərəfindən bölünmüş dünya haqqında bəhs edir. Kitab, sistemin insan üzərində təşkil etdiyi nəzarət, bəşəriyyətə xas olan nemətlərin məhv edilməsi və işgəncələr dünyasında sağ qalmaq ehtimalından bəhs edir. 1984 əsəri, sosialist ölkələrində ən çox senzuraya məruz qalan kitablardandır. SSRİ-də yayımı tamamən qadağan edilmişdir. Elə bu gün də Corc Oruelin qələmə aldığı bu antiutopiya, — oxuduğunuz ən qorxunc romanlardan biri ola bilər.
Qeyd: Kitab «Qanun nəşriyyatı» tərəfindən nəşr olunmuşdur.

4. Yevgeniy Zamyatin «Biz»
26-cı əsr, utopiyanın sakinləri fərdilik qabiliyyətini o dərəcədə yadırğayıblar ki, sadəcə rəqəmlər vasitəsilə ayırd edilə bilirlər. O zaman dünyada sadəcə bir dövlət mövcuddur, və o dövlətin rəhbəri, — Xeyriyyəçi adını daşıyır, həmən o rəhbər, hər il ardıcıl olaraq əhalinin yekdil səsi ilə ölkə başçısı vəzifəsinə təyin olunur. Maraqlı müəmma isə ondadırkı, rəhbərin ümumiyyətlə rəqibi yoxdur. Dövlətin hökmdarlıq prinsipinin başlıca müddəası ondan ibarətdir ki, xoşbəxtlik və azadlıq məfhumları uzlaşa bilməz, və hər bir vətəndaş onlardan sadəcə birini seçə bilər. Antiutopiya janrının inciləri (1984, Cəsur, yeni dünya, Faranheit 451) məhz «Biz»dən ilhamlanaraq qələmə alınmışdır.
Qeyd: Kitab «Başla yayımları» tərəfindən nəşr olunmuşdur.

5. Çak Palanik «Döyüşçü klubu»
Bu kitab —1990-cı illərin ən qalmaqallı və möhtəşəm əsərlərindən biridir. Çak Palanik bu kitabla yalnız «x nəslini» nəql etmir, o, artıq illüziyalara inamını tamamən itirmiş «qəzəbli x nəsli» haqqında bəhs edir. Bu — insan övladının azadlığı əldə etmək yolunda sonuncu, ümidsiz cəhdidir. «Öldükdən sonra yenidən dirilmək üçün, sən ilk öncə özünü məhv etməlisən. Yalnız hər şeyi itirdikdən sonra, bizlər azadlığa qovuşa bilərik».
Qeyd: Kitab «Qanun nəşriyyatı» tərəfindən nəşr olunmuşdur.

6. Cerom D. Selincer «Çovdarlıqdan uçuruma qoruyan»
Gənc üsyançılar nəslinin cib kitabı, hansıkı mütaliəçisi olmuş hər bir insana — sistem tərəfindən hələ yeyilməmiş beynin üstünlüklərindən danışır, və sən özünə elə suallar verirsən ki, əslində onların cavabını heç kim bilmir, çünki heç kim onların üzərində düşünməyib belə. Kitab, 16 yaşın olduğunda (və ya 27, və ya 48) sənin dünyaya uyğunlaşa bilmək cəhdindən bəhs edir — və bu cəhdlər ətrafında etdiyin hər bir şey, — kafidir.
Qeyd: Kitab «Qanun nəşriyyatı» tərəfindən nəşr olunmuşdur.

7. Harper Li «Bülbülü öldürmək (Quşcığaza qıymayın)»
Səkkiz yaşlı balaca qızcığazın dediklərinə əsasən yazılmış əsərin hadisələri, balaca amerika şəhərciyində cərəyan edir, şəhərciyin sakinləri uzunömürlü olduqlarından o dərəcədə təngə gəlirlər ki, — cinayətə və ya irqi iğtişaşlara icazə verirlər. «Şücaət — əvvəlcədən məğlub olacağını bilərək, işin qarşısına keçib, sonunadək müqavimət göstərməkdir. Qələbə qazanılacağı çox nadir hallarda məlum olduğunda belə, qalibiyyət üçün kiçicik ümid işığı varsa, sən yenilməz olursan»
Qeyd: Kitab «Kitabsevərlər qrupu» və «Bakumoz nəşriyyatı» tərəfindən nəşr olunmuşdur.

8. Oldos Haksli «Cəsur, yeni dünya»
Qarşımızda bütöv gözəlliyi ilə istehlakçılar cəmiyyəti çıxış edir. O, nə qəm, nə də əzab haqqında heç nə bilmir. Hər bir insana, artıq anadan olduğu andan etibarən, onun seçilmiş və fərqli birisi olduğu fikri aşılanaraq, təlqin olunur. Hər bir insan, «cəmiyyətin ən yaxşı fərdidir» fikri dövlətin yürütdüyü siyasətin başlıca vəzifələrindən biridir. Hər kəs ehtiyac duyduğu hər bir nemətlə təmin olunub. Fəqət əgər təsadüfən könlünüzə qüssə qərq olubsa — narahat olmayın, bir neçə ədəd, kiçik narkotik təsirə malik «Soma» adlı dərman qəbul etmək kifayətdir, və pis əhvalınızın izi belə qalmayacaq.
Qeyd: Kitab «Başla yayımları» tərəfindən nəşr olunmuşdur.

9. Frans Kafka «Məhkəmə»
Səhər, 30 yaşı qeyd olunduğu bir gündə, Yozef K. həbs olunur, fəqət naməlum təşkilatın üzvləri həbsin səbəbini təqsirləndirilən şəxsə açıqlamırlar.
Lakin, Yozef həyatını əvvəlki kimi davam edə bilir, çünki təşkilat onun qaçacağından artıq qorxmur. Onu məhkəməyə dəvət edirlər, evini və işini ziyarət edirlər, və sonunda təqib edirlər. Bu zaman ərzində o həbs olunmağının səbəbini öyrənməyə çalışır, fəqət güclü bürokratiya öz sirrini açıqlamır.
Qeyd: Kitab «Qanun nəşriyyatı» tərəfindən nəşr olunmuşdur.

10. Coann Harris «Cənablar və oyunçular»
Zadəgan məktəbi olan Sent-Osvald həmişə mükəmməl asayişi və istisna edilməyəcək xoş dəyərləri ilə tanınırdı.
Hətta düşünmək belə çətindir ki, bu dərəcədə yüksək səviyyəli məktəbdə təhrik edici, məğruriyyət duyucu, iyrənc bir hadisə baş verə bilər. Fəqət bu baş verir. Hər şey kiçik ixtilafdan başlayır, fəqət müəyyən müddət keçdikdə hadisələrin cərəyanı gərginləşir və qar yumağı kimi son həddə çatır. Sent-Osvald məktəbinə qarşı sirli müharibə aparılır.
Qeyd: Kitab, çox təəssüf ki azərbaycan dilində nəşr olunmayıb.

Kirpi, mənə elə baxma

image

Kirpi, mənə elə baxma.
Mən hökmən, eşidirsən? Mən hökmən, — Ayı dedi. Kirpi isə başını yellədi.
— Mən hökmən sənin yanına gələcəyəm, nə olur olsun. Mən hər zaman sənin yanında olacağam.
Kirpi Ayıya sükut dolu gözləri ilə baxıb, susurdu.
— Hə, de görüm niyə susursan?
— Mən inanıram, — Kirpi dedi.

Bir gün Kirpi qurdun dərəsinə düşür və bir həftəyə yaxın orada qalmalı olur. Onu təsadüfən sincab görür: o qıraqdan keçərkən Kirpinin çox zəif səsini eşidir.
Ayı isə bir həftəyə yaxın olar ki meşədə Kirpini axtarırdı, artıq hara gedəcəyini, harada axtaracağını belə bilmirdi. Və qəflətən sincab gəlib, ona Kirpinin quyuya düşdüyü haqda məlumat verdi, o Kirpini çıxardıb, evə gətirdi.
Kirpi boğazına qədər bürünmüş yorğanda uzanıb, sükut dolu gözləri ilə Ayıya baxırdı.
— Mənə elə baxma, — Ayı dedi. — Mənə kimsə elə baxanda bacarmıram.
Kirpi gözlərini yumdu.
— İndi isə elə təəssüratım yarandı ki, sanki sən ölmüsən. Kirpi gözlərini açdı.
— Gülümsə, — Ayı dedi.
Kirpi çalışsa da, bu onda çox qeyri-səmimi alındı.
— İndi mən sənə bulyon içirdəcəyəm, — Ayı dedi.
— Sincab yeni göbələklər gətirmişdi, mən də bulyon qaynatdım.
O bulyonu fincana süzüb, Kirpinin başını qaldırdı.
— Yox, elə yox, — Ayı dedi. — Sən otur.
— Bacarmıram, — Kirpi dedi.
— Mən sənə yastıqla dəstək olacağam. Bax belə.
— Mənə çox çətindir, — Kirpi dedi.
— Səbirli ol.
Ayı Kirpini divara söykəyib, yastığı irəli çəkdi.
— Üşüyürəm, — Kirpi dedi
— Bu dəqiqə, bu dəqiqə. — Ayı çardağa qalxıb Kirpini kürk ilə bürüdü.
— Necə oldu ki sən orada donmadın? Axı gecələr çox soyuq olur! — Ayı deyindi.
— Mən hoppanırdım, — Kirpi dedi.
— Yeddi gün?
— Mən gecə hoppanırdım.
— Bəs nə yeyirdin?
— Heç nə yeyə bilməmişdim, — Kirpi dedi. — Sən mənə bulyondan verə bilərsən?
— Əlbəttə! İç, — Ayı dedi.
— Kirpi bir neçə qurtum alıb, gözlərini yumdu.
— İç, Kirpi, iç!
— Yoruldum, — Kirpi dedi.
— Yox, iç! — Və Ayı Kirpini təkidlə qaşıqdan içirtməyə başladı.
— Artıq getmir.
— Mənim xətrimə!
Kirpi içməyə davam elədi.
— Sincabın xətrinə!
Kirpi içdi.
— Dovşanın xətrinə, bilirsən o necə kömək edirdi.
— Gözlə, — Kirpi dedi. — Köksümü ötürüm.
— Dovşanın xətrinə iç, axı o çalışırdı..
Kirpi qurtum aldı.
— Siçanın xətrinə!
— Yaxşı, bəs siçan neynədi?
— Heç nə. Fəqət hər gün gəlib, səni soruşurdu.
— Qoy gözləsin. Gücüm yoxdur axı, — Kirpi dedi.
— Bəzən elə olurdu ki, hətta səhər belə gəlirdi, — Ayı dedi. Bircə dənə də qaşıq ye.
Kirpi daha bir qurtum aldı.
— İndi isə — bayquşun xətrinə!
— Bayquşun bura nə aidiyyatı var axı?
Aidiyyatı? Yox, sən Bayquşun xətrinə hətta üç qaşıq içməlisən.
— Axı niyə?
— Mən onun üstündə düz üç gecə uçmuşam. Səni axtarmışıq.
— Bayquşun üstündə?
— Hə də!
— Yalan danışırsan, — Kirpi dedi.
— Yerimdən tərpənməyim əgər elədirsə!
— Axı sən onun üzərinə necə çıxdın?
— Bilirsən o necə möhkəmdir? Oturdum onun boynunda və uçdum. Kaş ki dovşanı görərdin, bizi görüb elə qorxdu ki.
— Necə qorxdu?
— Sən iç — deyəcəyəm.
Kirpi daha üç qaşıq içib, gözlərini yumdu.
— Necə? — o soruşdu.
— Nə?
— Dovşan sizdən necə qorxdu?
— Həə! Dovşan? Təsəvvür eləyirsən? Mən uçuram. Və birdən — o. Bir qaşıq da iç.
Hiss eləyirsən necə ətri var? Bəh-bəh.
Kirpi içdi.
— Hə, harada qalmışdıq? Baxıram ki, oturub, qulaqlarını burur. Və birdən biz peyda olduq.
— Bayquş ilə?
— Aha. O birdən elə-ə durdu ki, elə-ə qaçdı ki! Bayquş az qalsın ağaca dəyəcəkdi. Gəl Bayquşun xətrinə daha birini içək.
— Yox. Çox halsızam, bacarmıram, — Kirpi dedi. Gəl mən uzanım.
Ayı Kirpini həmənki yerə uzandırıb, kürkü üzərinə bürüdü.
— Hə, necədir, — Ayı dedi, — istidir?
— Həm də çox, — Kirpi dedi. — Bəs Bayquş haqqında uydurdun, hə? Etiraf elə.
— Nə danışırsan? Bax sən sağal, bir yerdə gəzərik.
— Gəzərik, — səssiz halda Kirpi pıçıldadı. Artıq yuxuya qərq olmuşdur.

Bir az da Struqatskiləri oxuyaq

image

Struqatskilərdən 20 ibarə. Mmm.. silsiləsindən ^_^
Ədəbiyyatın ən məşhur qardaşları — Arkadiy və Boris Struqatskilər — sadəcə fantast deyillər, onlar yalnız yazıçı və milyonların pərəstişkarı kimi də xatirələrə həkk olunmayıblar.

Onların gələcək zaman, dünya və o dünyanı məskunlaşdıran insanlar haqqında yazdıqları əksəriyyət üçün həyatın bir parçasına çevrilib, bəziləri üçün isə — sadiq bələdçiyə.

Onlar əbədi suallara cavab verirlər: necə eləmək olar ki, insan doğru seçim edib, özünü tapsın və sonunda bu böyük dünyada azıb qalsın. Adme.ru saytı Struqatski qardaşlarının yaradıcılığından ən yaxşı 20 sitatı toplayaraq, sizə təqdim edir, lakin təqdim etməmişdən öncə sizinlə bir sirri bölüşmək istəyirik — Struqatskilər olmaq çətin işdir (Struqatski qardaşlarının «Трудно быть Богом», «Tanrı olmaq çətindir» əsərinə alleqoriya; tərcüməçinin qeydi)

1) İlin 83% günü eyni başlayır: zəngli saat çalır.
2) Həftələrlə canını bayağı boşboğazlığa sərf edirsən, ancaq əsl insanla rastlaşanda — danışmağa vaxtın olmur.
3) Tamamilə doğrudur: pullar insana ona görə lazımdırkı, onlar haqqında heç vaxt düşünməsin.
4) Çox qəribədir, heyranlıq dalğaları necə də tez keçib-gedir. Saatlarca, hətta günlərcə özünü gəmirərək, sancmaq və təngə gətirmək mümkündür, heyranlıq isə gəlir və anilə də yox olub gedir.
5) Əgər ideal naminə insan hər cür əclaflığa əl atırsa, bu idealın qiyməti bir köpüklük deyil.
6) Dişi canavar öz balalarına deyir: «Mənim kimi dişləyin», — və bu kifayətdir; dişi dovşan da öz balalarını öyrədir ki: «Mənim kimi qaçın», — və bu da kifayətdir; ancaq insan öz balasına deyir ki: «Mənim kimi düşün», — və artıq bu cinayətdir.
7) Əgər hər şey sözlərsiz də aydındırsa, niyə də susmayaq?
8) Yaxşısı bir insanda iyirmi dəfə yanılmaqdır, hər kəsə şübhə ilə yanaşmaqdansa.
9) Asfaltda hərəkət eləmək üçün maşın almağın nə faydası var? Asfalt olan yerlərdə maraqlı heç nə yoxdur, maraqlı yerlərdə isə asfalt olmur.
10) Fantaziya — qiymətsiz şeydir, lakin onu daxilə buraxmamalıyıq. Yalnız xaricə, yalnız xaricə.
11) Skeptisizm və abırsızlıq həyatda çox ucuz qiymətə malikdir, çünki onlar sevinc və heyrət hissindən daha yüngül və darıxdırıcıdır.
12) Bu demokratik seçkilərə bənzər bir şeydir: çoxluq həmişə əclafın tərəfindədir.
13) Onların arasında heç kim dəqiq bilmirdi ki, xoşbəxtlik nədədir və həyatın əsl mənası nədir. Buna görə də onlar işçi fərziyyəni əsas götürürdülər, xoşbəxtlik — məchulun aramsız dərk edilməsindədir, elə həyatın mənası da ondadır.
14) Bilirsiniz gərəkli sözünün anlamı nədir? O ki kimsəsiz və ya bir şeysiz keçinə bilmirsən. O ki kiminsə haqqında həmişə düşünürsən. O ki bütöv həyatın boyunca ona müyəssər olmağa çalışırsan.
15) Gələcək haqqında danışmağın nə mənası var? Gələcək haqqında danışmırlar, — onu həyata keçirirlər.
16) Bozun zəfər çaldığı yerdə, hakimiyyətə həmişə qaralar gəlir.
17) Nə kosmik faciənin gurultusunda, nə nüvə müharibəsinin alovunda, nə də sayı durmadan artan əhalinin məngənəsində bəşəriyyətin sonu görünmür, nə vaxt ki insan tox olub, dinc sükut şəraitində yaşayacaq, o zaman da bəşəriyyət tarixi son nəfəsini verəcək.
18) O deyirlər ha, həm uşaqlar olur, həm də böyüklər, axı bu yalandır.
Əslində hər şey daha da qəlizdir, həm böyüklər var, həm də böyüklər.
19) Dünyada dəyişilməyəcək heç nə yoxdur.
20) Lənətə gəlsin hər şey! Mən onun bu sözlərindən başqa heç nəyi yada sala bilmirəm: Xoşbəxtlik hər kəs üçündür, o təmənnasızdır və qoy heç kim ondan incikli halda getməsin!

Sergey Dovlatov yazır

8185160-R3L8T8D-650-8
Sergey Dovlatovun bədii təfəkkürü sadə və əsilzadədir: insanların qəribə həyatı haqqında nəql etmək — gah kədərlə gülən, gah da gülməli kədərlənən insanlar haqqında danışmaq. Onun kitablarında nə möminlər var, nə də cinayətkarlar. Yazıçı bilir ki: həm cənnət, həm də cəhənnəm — bizim daxilimizdədir.
 
1. İnsan həmişə özündən soruşur: mən kiməm? Nəbilim, müəllim, amerikalı, sürücü, yəhudi, mühacir… Amma gərək özünə başqa sual versin: mən zibil deyiləm ki?
2. İnsanların əksəriyyəti özlərinə sərf etməyən problemlərin həlledilməz olduğunu hesab edirlər.
3. Yeganə şərəfli yol — səhvlərin, məyusluğun və ümidlərin yoludur.
4. Nəcib insan — iyrənclikləri zövq almadan eləyən birisidir.
5. Demək, sən iddia edirsən ki, sevgi yox idi. Sevgi var idi. Sevgi qabağa getdi, sən isə geridə qaldın.
6. O ki insanı tək qoyub, çox sevdiyini söyləyirlər, o insanlardan iyrənirəm.
7. Bütöv həyatım boyunca mən dürbinə üfürüb, təəccüblənirdim, çünki musiqi yox idi. Sonra isə diqqətlə trombona baxıb, heyrətə gəlirdim, çünki lənətə gəlmiş heç nəyi görmürdüm.
8. Hər şey bir qırağa, amma tənhalıq kifayət qədərdir. Götürək pulları, onlar məndə tez qurtarır, amma tənhalıq — heç vaxt…
9. Yalnız ərindiyi üçün səni tərk etməyən kişi ilə yaşamaq — ağılsızlıqdır…
10. Bilirsən həyatda ən önəmli şey nədir? Ən önəmlisi odur ki — həyat bir dənədir. Dəqiqə keçdi, və son. Digəri olmayacaq …
11. Sevgi, dostluq, hörmət, nəyəsə olan ortaq nifrət qədər bizi bağlamır.
12. Mən gedirdim və düşünürdüm — dünyanı dəlilik tüğyan edib. Dəlilik normaya çevrilir. Norma isə möcüzə hissini yaşadır.
13. Biz sonsuz olaraq yoldaş Stalini söyürük, və, təbii ki, haqqımız da var. Ancaq yenə də bir şey soruşacağam — dörd milyon danosu kim yazıb?
14. Anadangəlmə qətiyyətsizliyin öhdəsindən gəlməyin ən yaxşı üsulu — özünü olduqca qətiyyətli göstərməkdir..
15. Məqsəd nə qədər çarəsizdirsə, hisslər o qədər dərindir.
16. Düşünürəm ki, sevginin ümumiyyətlə ölçüsü yoxdur. Ya hə, ya yox.
17. Sevgi — cavan nəsil üçündür. Hərbçi və idmançılar üçün. Burada isə hər şey daha qəlizdir. Burada artıq sevgi deyil, taledir.
18. «Kitab və qadında əsas olan — forma deyil, məzmundur.» Hətta indi, saysız-hesabsız həyat məyusluğundan sonra bu qayda mənə darıxdırıcı gəlir. Və mənim yenə də yalnız gözəl qadınlardan xoşum gəlir.
19. İl boyunca bizim aramızda intellektual bağlılığa bənzər bir şey baş verirdi. Ədavət və əxlaqsızlıq çalarları ilə.
20. Mən tək qalmağa üstünlük verirəm, amma kiminsə yanında…
21. Mən indi birtəhər dolanıram, heç nə eləmirəm, oxuyuram və kökəlirəm. Amma bəzən qəlbimi qəhər bürüyür, və istəyirəm ki, sifətimi vurub əzik-əzik edim.
22. İnsan insana — nə gərəkdirsə odur… Hadisələrin gedişatından asılı olaraq.
23. Çağırılanda qonaq getmək, normaldır.
Dəhşətlisi, çağırılmayanda qonaq getməkdir.
Lakin ən yaxşısı — səni çağıranda, sənin gəlməməyindir.
24. Mən linoleumu dəyişdirməyəcəyəm. Fikrimdən daşındım, dünya onsuz da dağılmağa məhkumdur.
25. «Həyat gözəl və olduqca qəribədir!» — yoldaş Mayakovski intihar etməmişdən öncə belə deyərdi.
26. Mən yalnız içdiyim zaman çəkirəm. İçkini isə fasiləsiz olaraq qəbul edirəm. Ona görə əksəriyyət yanlışlıqla mənim siqaret çəkdiyimi düşünür.
27. Allahdan artırmağı xahiş eləmirlər.
28. Mən əlimi cibimdən çıxartmadan pulları hesabladım.
29. Mən uzun zamandır insanları müsbət və mənfiyə ayırmıram. Ədəbi qəhrəmanları isə — ümumiyyətlə. Bundan əlavə, mən cinayətdən sonra nədamətin, hünərdən sonra isə səadətin baş verəcəyinə inanmıram. Biz — hiss etdiklərimizik.

Kirpi. Nahaq tələskənlik haqqında hekayə.

preview-650x390-650-1423203445

Kirpi. Nahaq tələskənlik haqqında hekayə.
Qriqoriy Qorinin bu hekayəsini ələlxüsus böyüklərin oxuması tövsiyə olunur.

Atanın qırx yaşı var idi, Slavikin – on, kirpinin isə — ondan da az.
Ata divanda uzanıb, qəzet oxuyurdu, birdən otağa Slavik daxil olur, və onun yanına yaxınlaşır, sevincindən tənginəfəs olan Slavik, birdən qışqırır:
— Ata, bax!
Ata qəzeti kənara qoyub, kirpini gözdən keçirdi. Kirpinin fındıqburnu var idi və o çox yaraşıqlı idi. Bundan əlavə, ata oğlunun heyvanlara qarşı məhəbbətini təşviq edirdi. Bundan əlavə, ata özü də heyvanları sevirdi.
— Yaxşı kirpidir! – ata dedi. – Yaraşıqdır! Haradan tapdın bunu?
— Mənə məhlədə bir oğlan verdi. – Slavik dedi.
— Demək ki, hədiyyə etdi? – ata dəqiqləşdirdi.
— Yox, biz əvəzləşdik, — Slavik dedi. – O mənə kirpini verdi, mən isə ona bilet.
— Nə biletidir o elə?
— Lotereya bileti, — deyə Slavik deyindi, və kirpini döşəməyə buraxdı. – Ata, ona süd vermək lazımdır.
— Dayan görüm, südü sonraya saxla! – ata hirsli halda cavab verdi. – Səndə lotereya bileti haradandır?
— Mən onu aldım, — Slavik dedi.
— Kimdən?
— Çöldə bir əmidən… O bu cür çoxlu sayda bilet satırdı. Otuz qəpikdən… Oy, ata, kirpi divanın altına girdi…
— Əşi dayan görüm öz kirpinlə! – ata sinirini boğa bilmədi və Slaviki böyründə oturtdu. – Sən niyə oğlana öz lotereya biletini verdin?.. Bəs əgər o bilet uduşlu olsaydı?
— O elə uduşlu idi, — kirpidən gözünü çəkməyən Slavik cavab verdi.
— Necə yəni – uduşlu idi? – ata təmkinlə cavab versə də, burnu tər damcılarına büründü. – O nəsə uddu?
— Soyuducu! – Slavik dedi və gülümsəməyə başladı.
— Nə olub?! – ata tir-tir əsməyə başladı. – Soyuducu?! Sən nə çərənləyirsən?.. Haradan bilirsən bunu?!
— Necə yəni – haradan? – Slavik rəncidə oldu. – Mən onu qəzetdə yoxlamışdım… Orada ilk üç rəqəm uyğun gəlirdi… və digərləri də uyğun gəldi… Seriya da eyni idi!.. Mən artıq özüm sərbəst yoxlaya bilirəm, ata! Axı mən böyüyəm!
— Böyüksən?! – ata elə fışıldadıkı, divanın altından çıxmış kirpi yumaq formasında bürmələndi.
— Böyüksən?! Ona görə soyuducunu kirpiyə dəyişirsən?
— Amma mən fikirləşdim ki, — Slavik qorxa-qorxa cavab verdi, — mən fikirləşdim ki, bizim soyuducumuz artıq var, amma kirpimiz yoxdur…
— Səsini kəs! – ata qışqıraraq divandan birdən qalxdı. – Kimdir?! Kimdir o oğlan?! Haradadır o?!
— O qonşu binada yaşayır, — Slavik dedi və ağlamağa başladı. – Adı Senyadır…
— Getdik! – ata bir daha qışqırdı və kirpini yalın əlləri ilə götürdü. – Tez ol, getdik!
— Getməyəcəyəm, — hıçqıraraq, Slavik dedi. – Soyuducunu istəmirəm, kirpini istəyirəm!
— Deyirəm gedək, axmaq, — ata xırıldadı. – Bircə bileti geri götürək, mən sənə yüzlərlə kirpi alaram…
— Yox… – Slavik hönkür-hönkür ağlayırdı. – Almayacaqsan… Senka onsuz dəyişmək istəmirdi, mən onu güclə razı saldım…
— Buna bax sən, daha bir mütəfəkkir! – ata istehza ilə cavab verdi. – Tez ol görüm!..
Senyanın səkkiz yaşı var idi. O məhlənin ortasında durub, ona yaxınlaşan vahiməli ataya baxırdı, hansıkı bir əlində Slaviki, digər əlində isə — kirpini tutmuşdur.
— Haradadır? – ata Senyanın üzərinə gələrək soruşdu. – Bilet haradadır? Cinayətkar, bu tikanı götür və bileti qaytar!
— Məndə bilet yoxdur! – Senya dedi və titrəməyə başladı.
— Bəs haradadır o?! – ata qışqırdı. – Sən onunla neynədin, sələmçi? Satdın?
— Mən ondan göyərçin düzəltdim, — Senya pıçıldadı və sızıldamağa başladı.
— Ağlama! – ata təmkinli olmağa çalışaraq, dedi. – Ağlama, oğlan… Deməli sən ondan göyərçin düzəltdin. Bəs haradadır bu göyərçin?.. Haradadır?
— O pərvazın üstündə ilişib qalıb… – Senya dedi.
— Hansı pərvazda?
— Baxın, orada! – və Senya ikinci mərtəbədəki pərvazı göstərdi.
Ata paltonu çıxardıb, nov ilə yuxarı dırmaşmağa başladı.
Uşaqlar isə aşağıdan böyük heyranlıqla onu izləyirdilər.
Ata iki dəfə az qalsın ki yıxılırdı, lakin sonunda ikinci mərtəbəyə kimi qalxdı və balaca, solmuş rəngli kağız göyərçini pərvazdan çıxartdı, kağız bir az islanmışdır.
Yerə düşüb, tənginəfəs halda, ata bileti açdı və gördü ki, o iki il bundan öncə buraxılıb.
— Sən bunu nə vaxt almısan? – ata Slavikdən soruşdu.
— Hələ ikinci sinifdə oxuyanda, — Slavik dedi.
— Bəs nə vaxt yoxlamısan?
— Dünən.
— Bu, o tiraj deyil… – ata yorğun halda dedi
— Nə olsun ki? – Slavik dedi. – Əsas odur ki bütün rəqəmlər uyğun gəlir…
Ata dinməz-söyləməz kənara çəkildi və skamyanın üzərində əyləşdi.
Ürəyi dayanmadan döyünürdü, gözlərinin önündə narıncı halqalar dövrə edirdi… O əzablı halda başını əydi.
— Ata, — Slavik atasına doğru gələrək sakitcə dedi. – Sən heç kefini pozma! Senka deyir ki, o onsuz da kirpini bizə verəcək…
— Sağ ol! – ata dedi. – Sağ ol, Senya…
O durdu və evə doğru getdi.
Və o birdən özünü çox kədərli hiss etdi. O başa düşdü ki, soyuducunun kirpiyə dəyişdirildiyi o xoşbəxt anı, o artıq heç vaxt geri qaytara bilməyəcək.