Sergey Dovlatov yazır

8185160-R3L8T8D-650-8
Sergey Dovlatovun bədii təfəkkürü sadə və əsilzadədir: insanların qəribə həyatı haqqında nəql etmək — gah kədərlə gülən, gah da gülməli kədərlənən insanlar haqqında danışmaq. Onun kitablarında nə möminlər var, nə də cinayətkarlar. Yazıçı bilir ki: həm cənnət, həm də cəhənnəm — bizim daxilimizdədir.
 
1. İnsan həmişə özündən soruşur: mən kiməm? Nəbilim, müəllim, amerikalı, sürücü, yəhudi, mühacir… Amma gərək özünə başqa sual versin: mən zibil deyiləm ki?
2. İnsanların əksəriyyəti özlərinə sərf etməyən problemlərin həlledilməz olduğunu hesab edirlər.
3. Yeganə şərəfli yol — səhvlərin, məyusluğun və ümidlərin yoludur.
4. Nəcib insan — iyrənclikləri zövq almadan eləyən birisidir.
5. Demək, sən iddia edirsən ki, sevgi yox idi. Sevgi var idi. Sevgi qabağa getdi, sən isə geridə qaldın.
6. O ki insanı tək qoyub, çox sevdiyini söyləyirlər, o insanlardan iyrənirəm.
7. Bütöv həyatım boyunca mən dürbinə üfürüb, təəccüblənirdim, çünki musiqi yox idi. Sonra isə diqqətlə trombona baxıb, heyrətə gəlirdim, çünki lənətə gəlmiş heç nəyi görmürdüm.
8. Hər şey bir qırağa, amma tənhalıq kifayət qədərdir. Götürək pulları, onlar məndə tez qurtarır, amma tənhalıq — heç vaxt…
9. Yalnız ərindiyi üçün səni tərk etməyən kişi ilə yaşamaq — ağılsızlıqdır…
10. Bilirsən həyatda ən önəmli şey nədir? Ən önəmlisi odur ki — həyat bir dənədir. Dəqiqə keçdi, və son. Digəri olmayacaq …
11. Sevgi, dostluq, hörmət, nəyəsə olan ortaq nifrət qədər bizi bağlamır.
12. Mən gedirdim və düşünürdüm — dünyanı dəlilik tüğyan edib. Dəlilik normaya çevrilir. Norma isə möcüzə hissini yaşadır.
13. Biz sonsuz olaraq yoldaş Stalini söyürük, və, təbii ki, haqqımız da var. Ancaq yenə də bir şey soruşacağam — dörd milyon danosu kim yazıb?
14. Anadangəlmə qətiyyətsizliyin öhdəsindən gəlməyin ən yaxşı üsulu — özünü olduqca qətiyyətli göstərməkdir..
15. Məqsəd nə qədər çarəsizdirsə, hisslər o qədər dərindir.
16. Düşünürəm ki, sevginin ümumiyyətlə ölçüsü yoxdur. Ya hə, ya yox.
17. Sevgi — cavan nəsil üçündür. Hərbçi və idmançılar üçün. Burada isə hər şey daha qəlizdir. Burada artıq sevgi deyil, taledir.
18. «Kitab və qadında əsas olan — forma deyil, məzmundur.» Hətta indi, saysız-hesabsız həyat məyusluğundan sonra bu qayda mənə darıxdırıcı gəlir. Və mənim yenə də yalnız gözəl qadınlardan xoşum gəlir.
19. İl boyunca bizim aramızda intellektual bağlılığa bənzər bir şey baş verirdi. Ədavət və əxlaqsızlıq çalarları ilə.
20. Mən tək qalmağa üstünlük verirəm, amma kiminsə yanında…
21. Mən indi birtəhər dolanıram, heç nə eləmirəm, oxuyuram və kökəlirəm. Amma bəzən qəlbimi qəhər bürüyür, və istəyirəm ki, sifətimi vurub əzik-əzik edim.
22. İnsan insana — nə gərəkdirsə odur… Hadisələrin gedişatından asılı olaraq.
23. Çağırılanda qonaq getmək, normaldır.
Dəhşətlisi, çağırılmayanda qonaq getməkdir.
Lakin ən yaxşısı — səni çağıranda, sənin gəlməməyindir.
24. Mən linoleumu dəyişdirməyəcəyəm. Fikrimdən daşındım, dünya onsuz da dağılmağa məhkumdur.
25. «Həyat gözəl və olduqca qəribədir!» — yoldaş Mayakovski intihar etməmişdən öncə belə deyərdi.
26. Mən yalnız içdiyim zaman çəkirəm. İçkini isə fasiləsiz olaraq qəbul edirəm. Ona görə əksəriyyət yanlışlıqla mənim siqaret çəkdiyimi düşünür.
27. Allahdan artırmağı xahiş eləmirlər.
28. Mən əlimi cibimdən çıxartmadan pulları hesabladım.
29. Mən uzun zamandır insanları müsbət və mənfiyə ayırmıram. Ədəbi qəhrəmanları isə — ümumiyyətlə. Bundan əlavə, mən cinayətdən sonra nədamətin, hünərdən sonra isə səadətin baş verəcəyinə inanmıram. Biz — hiss etdiklərimizik.

Оставьте комментарий