Bir az da Struqatskiləri oxuyaq

image

Struqatskilərdən 20 ibarə. Mmm.. silsiləsindən ^_^
Ədəbiyyatın ən məşhur qardaşları — Arkadiy və Boris Struqatskilər — sadəcə fantast deyillər, onlar yalnız yazıçı və milyonların pərəstişkarı kimi də xatirələrə həkk olunmayıblar.

Onların gələcək zaman, dünya və o dünyanı məskunlaşdıran insanlar haqqında yazdıqları əksəriyyət üçün həyatın bir parçasına çevrilib, bəziləri üçün isə — sadiq bələdçiyə.

Onlar əbədi suallara cavab verirlər: necə eləmək olar ki, insan doğru seçim edib, özünü tapsın və sonunda bu böyük dünyada azıb qalsın. Adme.ru saytı Struqatski qardaşlarının yaradıcılığından ən yaxşı 20 sitatı toplayaraq, sizə təqdim edir, lakin təqdim etməmişdən öncə sizinlə bir sirri bölüşmək istəyirik — Struqatskilər olmaq çətin işdir (Struqatski qardaşlarının «Трудно быть Богом», «Tanrı olmaq çətindir» əsərinə alleqoriya; tərcüməçinin qeydi)

1) İlin 83% günü eyni başlayır: zəngli saat çalır.
2) Həftələrlə canını bayağı boşboğazlığa sərf edirsən, ancaq əsl insanla rastlaşanda — danışmağa vaxtın olmur.
3) Tamamilə doğrudur: pullar insana ona görə lazımdırkı, onlar haqqında heç vaxt düşünməsin.
4) Çox qəribədir, heyranlıq dalğaları necə də tez keçib-gedir. Saatlarca, hətta günlərcə özünü gəmirərək, sancmaq və təngə gətirmək mümkündür, heyranlıq isə gəlir və anilə də yox olub gedir.
5) Əgər ideal naminə insan hər cür əclaflığa əl atırsa, bu idealın qiyməti bir köpüklük deyil.
6) Dişi canavar öz balalarına deyir: «Mənim kimi dişləyin», — və bu kifayətdir; dişi dovşan da öz balalarını öyrədir ki: «Mənim kimi qaçın», — və bu da kifayətdir; ancaq insan öz balasına deyir ki: «Mənim kimi düşün», — və artıq bu cinayətdir.
7) Əgər hər şey sözlərsiz də aydındırsa, niyə də susmayaq?
8) Yaxşısı bir insanda iyirmi dəfə yanılmaqdır, hər kəsə şübhə ilə yanaşmaqdansa.
9) Asfaltda hərəkət eləmək üçün maşın almağın nə faydası var? Asfalt olan yerlərdə maraqlı heç nə yoxdur, maraqlı yerlərdə isə asfalt olmur.
10) Fantaziya — qiymətsiz şeydir, lakin onu daxilə buraxmamalıyıq. Yalnız xaricə, yalnız xaricə.
11) Skeptisizm və abırsızlıq həyatda çox ucuz qiymətə malikdir, çünki onlar sevinc və heyrət hissindən daha yüngül və darıxdırıcıdır.
12) Bu demokratik seçkilərə bənzər bir şeydir: çoxluq həmişə əclafın tərəfindədir.
13) Onların arasında heç kim dəqiq bilmirdi ki, xoşbəxtlik nədədir və həyatın əsl mənası nədir. Buna görə də onlar işçi fərziyyəni əsas götürürdülər, xoşbəxtlik — məchulun aramsız dərk edilməsindədir, elə həyatın mənası da ondadır.
14) Bilirsiniz gərəkli sözünün anlamı nədir? O ki kimsəsiz və ya bir şeysiz keçinə bilmirsən. O ki kiminsə haqqında həmişə düşünürsən. O ki bütöv həyatın boyunca ona müyəssər olmağa çalışırsan.
15) Gələcək haqqında danışmağın nə mənası var? Gələcək haqqında danışmırlar, — onu həyata keçirirlər.
16) Bozun zəfər çaldığı yerdə, hakimiyyətə həmişə qaralar gəlir.
17) Nə kosmik faciənin gurultusunda, nə nüvə müharibəsinin alovunda, nə də sayı durmadan artan əhalinin məngənəsində bəşəriyyətin sonu görünmür, nə vaxt ki insan tox olub, dinc sükut şəraitində yaşayacaq, o zaman da bəşəriyyət tarixi son nəfəsini verəcək.
18) O deyirlər ha, həm uşaqlar olur, həm də böyüklər, axı bu yalandır.
Əslində hər şey daha da qəlizdir, həm böyüklər var, həm də böyüklər.
19) Dünyada dəyişilməyəcək heç nə yoxdur.
20) Lənətə gəlsin hər şey! Mən onun bu sözlərindən başqa heç nəyi yada sala bilmirəm: Xoşbəxtlik hər kəs üçündür, o təmənnasızdır və qoy heç kim ondan incikli halda getməsin!

Оставьте комментарий